Uğurlarımız

Yanvar ayından başlayaraq istər məktəbdaxili,istərsə də məktəbdən kənarda müxtəlif tədbirlərdə. müsabiqələrdə, sərgilərdə yaxından iştirak etmişik. Bu tədbirlərdə məktəb müdiriyyəti başda olmaqla, məktəbin bütün müəllim və şagird kollektivinin də əmayi təqdirəlayiqdir. Məktəbin yeni olmasına baxmayaraq, istənilən tədbirdə, müsabiqədə iştirakı istər Nizami Rayon İcra Hakimiyyəti, istərsə də Bakı Şəhər Təhsil İdarəsi tərəfindən rəğbətlə qarşılanır.

Qeyd etdiyimiz kimi yanvar ayından başlayaraq bu il də bir çox tədbirlərdə iştirakımız mövcuddur.İlk olaraq “20 yanvar”la bağlı həm məktəbdaxili, həm də məktəbdən kənar sərgidə iştirak etmişdir. Məktəbin bütün sinifləri bu övzuyla bağlı müxtəlif rəsm əsərləri və divar qəzetləri hazırlamışdır. bunlardan 3 ədəd rəsm və 2 ədəd divar qəzeti rayon üzrə küçirilən böyük tədbir və sərgiyə göndərilmişdir.

Bundan başqa məktəbdə ekoloji bilik yarışması olan “EKOERUDİT” adlı breyn-rinq keçirilmişdir. Yarışda 3 komanda iştirak etmişdir. Əsasən VIII-X sinif şagirdlərindən təşkil olunmuş ” OZON” , “YAŞAM MƏNBƏYİ”, “SU” komandaları iştirak etmişdir. Münsiflər qismində məktəb müdriyyəti təşkilatçı müavin, biologiya, kimya və coğrafiya müəllimləri iştirak etmişdir. Bu yarışda “OZON” komandası qalib gəlmiş, I yerin diplomları ilə təltif olunmuş və rayon turuna haqq qazanmışdır.Digər komandalar da II və III yerlərin diplomaları ilə mükafatlandırılmışdır.

Daha sonra “26 Fevral – Xocalı Soyqırımı” ilə bağlı məktəbdə müxtəlif siniflər arasında irili-xırdalı tədbirlər təşkil olunmuş, eyni zamanda bütün siniflərin iştirakı ilə möhtəşəm sərgi də hazırlanmışdır. Bu tədbirləri və sərginin çəkilişində Azərbaycan Dövlət Televiziyası da yaxından iştirak etmişdir. habelə məktəbdaxili sərgidə olan rəsmlərdən biri ilə Nizami Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin təşkil etdiyi rəsm müsabiqəsinin də iştirak edərək rayon üzrə I yeri tutmuş, diplom və hədiyyəylə mükafatlandırılmışdır.

Sonra məktəbdaxili “Anamı, vətənimi tərənnüm edirəm” şer müsabiqəsi keçirilimişdir. Müsabiqədə şagirdlər ana və vətən mövzusunda müxtəlif şerlərlə çıxış etmişdir. Münsiflər qismində məktəb müdiriyyəti başda olmaqla, tədris işləri üzrə müavin, təşkilatcı müavin və ədəbiyyat müəllimləri çıxış etmişlər. müsabiqənin əsas məqsədi istedadlı şagirdləri zə çıxarmaq, onların diksiyasında və intonasıyasında doğru və yalnışları aşkarlamaqdır. Bu məqsədlə məktəbimizdə məktəbimizdə hətta bədii qiraət dərsləri də təşkil olunmuşdur.Müsabiqədə I yeri R.Hüseynovun ” Anam vaxtsız qocaldı mənim” şeri ilə VI sinif şagirdi Hüseynli Günəş tutumuş, II yerə VIII sinif şagirdi Mahmudova Xədicə C.Cabbarlının “Ana” şeri ilə, III yerə isə VI sinif şagirdi Qulamova İlahə M.Müşfiqin “Ana” şeiri ilə layiq görülmüşdür. Fərqlənmə diplomları ilə  V sinif şagirdi  Zamanov Bəhruz, VII sinif şagirdi Rəcəbova Zeynəb, IX sinif şagirdi Həsənov Valeh və bədii kompazisiya ilə çıxış edən IV sinif şagirdləri təltif olunmuşdur.

Daha sonra Ulu öndər Heydər əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mən Azərbaycanlıyam!” adlı müsabiqədə iştirakımız mövcuddur.Bu müsabiqədə müxrəlif kateqoriyalar üzrə keçirilmişdir.Bunlardan şer kateqoriyası üzrə IX sinif şagirdi Həsənov Valeh Z.Yaqubun “Senin yerin görünəcək…” şeiri ilə,slayd kateqoriyası üzrə isə məktəbin tarix müəllimi Rüstəmova Gülnar iştirak etmişdir.

Bundan əlavə Z.Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş müsabiqədə dəd iştirak etmişik. Bu müsabiqə də müxtəlif kateqoriyalar üzrə keçirilmişdir.Məktəb olaraq işa yazı və əl işi kateqoriyaları ilə iştirak etmişik. “Ana müqəddəslik zirvəsidir!” inşa yazısı və əl işi olaraq Z.əliyevanən saplarla işlənmiş portreti ilə iştirak etmişik.

Nizami Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin təşəbbüsü ilı 220 №-li məktəbdə keçirilən və nizami rayonunun bütün məktəblərini əhatə edən “Şahinlər” idman-hərbi komandasıın bayraq seçimi müsabiqəsinə qatılmışıq.

Ən son olaraq məktəbdə möhtəşəm Novruz Bayramı şənliyi keçirilmişdir.Bu tədbirdə demək olar ki, məktəbin bütün müəllim və şagird kollektivi yaxından iştirak etmişdir.Tədbirdə valideyinlər də tamaşaçı qismində iştirak etmişlər.Müxtəlif tamaşalarala çıxış edən şagirdlər öz çıxışları ilə hər kəsin rəğbətini qazanmışdır. Bunlardan VI sinif şagirdi “Dəli Kür” filmindən , VII sinif şagirdləri isə “Misyö Jordan və Dərviş Məstəli şah” əsrindən kiçik epizodlar təqdim etmişlər.Tədbirdə həmçinin siniflər və şagirdlər öz çıxışlarına və fəallığına görə müxəlif kateqoriyalar üzrə diplomlarla təltif olunmuşlar.Ən yaxşı xonça kateqoriyasında VIIIa sinif, ən yaxşı səməni kateqoriyasında I sinif, ən yaxşı iştirak kateqoriyasında isə VIa və IVa sinifləri qiymətləndirilmişdir.